Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"XOCALININ SƏSİ" QƏZETİ MÜASİR DÖVRÜN TƏLƏBİ OLAN İNTERNET İLƏ AYAQLAŞIR

0

  •         Bu gün Azərbaycanda sabitlik hökm sürür, ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın


    güzaranı hər gün yaxşılaşır, şəhərlərimiz, qəsəbə və kəndlərimiz abadlaşdırılır. Ancaq bizim çiçəklənən aləmimizdən öncə xalqımız bir çox ələmlər görmüşdür. Sonradan torpaqlarımıza yığışan xain qonşumuz ermənilər xalqımızın başına ağır bəlalar, soyqırımlar gətirmişdir. Xocalı soyqırımı bəşər tarixində törədilmiş ən ağır soyqırımlardan biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonu-nun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla -613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Ermənilərin törətdiyi faciələri Azərbaycan xalqı heç bir zaman unutmayacaqdır və günahsız soydaşlarımızın qisa-sını mütləq alacağıq.
            Qarabağın üstündə qara buludlar gəzərkən ermənilər öz təbliğatlarını artırmaq məqsədilə erməni dilində yazılmış qəzetləri çap etdirir, mənfur niyyətlərini yaymaqda davam etdirirdilər.
    "Xocalının səsi" qəzetinin ilk nömrəsi 9 iyul 1991-ci ildə işıq üzü gördü. Həmin zaman Xocalıya artıq rayon statusu verilmişdi. Rayonda tikinti işləri aparılır, yeni müəssisələr yaradılırdı. Düşmən tərəfi isə rayonumuzun işğal planlarını hazırlayırdılar. "Xocalının səsi" qəzeti real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı. Qəzetin ilk redaktoru Mehdiyev Sərdar Dadaş oğlu olmuşdur. Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. Təcrübəli jurnalist 1991-ci ildən 2000-ci ilədək "Xocalının səsi" qəzetinin redaktoru işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Bütün bu illərdə Sərdar Mehdiyev Xocalı sakinlərinin dərdini, erməni quldurlarının vəhşiliklərini qəzetin səhifələrində işıqlandırmışdır. Sərdar müəllimin vəfatından sonra qəzetin redaktoru Qasımov Qasım İslam oğlu olmuşdur. Qasım müəllim 1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olmuşdur. 20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir. Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən 2015-ci ilə qədər bu qəzetin baş redaktor olmuşdur. "General Məhəmməd Əsədov", "Qızıl qələm" və  Azərbaycan Respublikası Preziden-tinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü idi. Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 ki-tabın müəllifidir. "Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır. Qasım müəllim bizim qəlbimizdə mehriban, səmimi insan kimi əbədi yaşayacaqdır. Onun "Xocalının Səsi" qəzeti üçün etdikləri heç bir zaman unudulan deyil. Çalışqan, zəhmətsevər, vətənpərvər insanları həmişə dəyərləndirər və sevərdi.
            Dünyasını dəyişən hər iki mərhum redaktora Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun!
            "Xocalının səsi" qəzeti Xocalı rayon İcra Hakimiyyətinin qəzetidir. "Xocalının səsi" qəzeti əvvəlki illərdə olduğu kimi bu gün də öz fəaliyyətini uğurlu şəkildə davam etdirir.  Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla 500 sayla nəşr edilir. Səhifələrin çox olması yazıların da çox olmasına imkan verir və mövzu əhatəsi geniş olur. "Xocalının səsi" qəzeti müsair dövrün tələbatı olan internet ilə tam ayaqlaşır. Belə ki, hər ay qəzetin rəngli şəkillərlə hazırlanmış elektron forması sosial şəbəkə istifaçilərinin ixtiyarına verilmişdir. Demək olar ki, bu yolla qəzetimizi geniş oxucu kütləsinə çatdırmış oluruq. Eyni zamanda "Xocalının səsi" qəzetinin internet ünvanı olan xocalininsesi.info saytı öz daimi oxucu kütləsini tapmışdır.  Qəzetdə  yer  alan  mövzular və Xocalı faciəsi ilə  bağlı


    videolar saytımızda yerləşdirilir. Redaksiyamıza xocalininsesi@gmail.com email ünvanından və sayta daxil olaraq "Məqalə göndər" səhifəsindən birbaşa məqalələrinizi göndərmək imkanınız vardır.
            Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular həmçinin, rayonumuzda keçirilən tədbirlər və respublikada baş verən əlamətdar hadisələr qəzetin səhifələrində öz əksini tapır.
            Rayonumuz əsas və tək mətbuat orqanı olan "Xocalının səsi" qəzetinin yaşaması abunə yazılışlarının hesabınadır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov rayonumuzun mətbuatını hər zaman dəyərləndirir və diqqət mərkəzində saxlayır. Şübhəsiz ki, "Xocalının səsi" qəzetinin bu gün işıq üzü görməsi cənab başçımızın diqqəti və qayğısı sayəsindədir. Redaksiyamız adından rayonumuzun başçısı cənab Şahmar Usubova dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
            Söz veririk ki, bundan sonra da rayonumuz və qəzetimizin adını hər zaman yüksək tutacağıq. Öz üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün daha da ciddi çalışacağıq. Əminik ki, doğma torpaqlarımızı erməni tapdağından azad edəcəyik. "Xocalının səsi" qəzetində ordumuzun zəfər xəbərlərini də yazacağıq.



    Qalib BƏYMƏMMƏDOĞLU

    “Xocalının səsi” qəzetinin redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib31 dəfə
    "XOCALININ SƏSİ" QƏZETİ MÜASİR DÖVRÜN TƏLƏBİ OLAN İNTERNET İLƏ AYAQLAŞIR

    Maraqlı gələ bilər
    90
    54
    32